Logo

ADU-da elmi-praktiki seminar keçirilib - FOTO

10.03.2023 14:39 1102 baxış
IMG

Azərbaycan Dillər Universitetində (ADU) Təhsil -2 fakültəsi nəzdində Psixologiya kafedrasının təşkilatçılığı ilə “Heydər Əliyev və dil siyasəti” adlı elmi-praktiki seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminar Ulu öndər Heydər Əliyevin Azərbaycan dili ilə bağlı kəlamlarından ibarət vidoçarxın nümayişi ilə başlayıb.

 Təhsil 2 fakültəsi dekanı, dosent Salman Nuriyev Heydər Əliyevin Azərbaycan dilinin inkişafında göstərdiyi müstəsna xidmətlərindən söz açıb.

Adıçəkilən kafedranın dosentləri - A.Quliyev və C.Alıyev Azərbaycan dilinin dövlət dili elan olnumasında Heydər Əliyevin rolundan, bu sahədə apardığı dil siyasətindən danışıblar.

Kafedranın baş müəllimi H.Zeynalova və müəllim Ə.Qubadova Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı qəbul etdiyi qanun və fərmanlardan bəhs ediblər.

Sonda rektor məsləhətçisi Anar Osmanlı çıxışında tədbirin böyük əhəmiyyətə malik olduğunu bildirib.

Xəbər lenti